Güneyli futbolçu Şəhidlər Xiyabanında - VİDEO
Bizi izləyin

İdman

Güneyli futbolçu Şəhidlər Xiyabanında - VİDEO

Əksər güney azərbaycanlılar kimi tanınmış futbolçu Rəsul Xətibi də Bakıda olarkən Şəhidlər Xiyabanını ziyarət edib.

Teleqraf.com xəbər verir ki, o, paytaxtımıza oktyabrın 4-də keçirilən “Qarabağ”-“Arsenal” görüşünü izləmək üçün gəlib. R.Xətibi Azərbaycan şəhidlərinin xatirəsini böyük ehtiramla yad edib.

Təbrizin “Traxtur” futbol komandasının keçmiş oyunçusu Bakı Olimpiya Stadionunda farsdilli televiziya aparıcılarının “Qarabağ” komandasını lağa qoymalarını da pisləyib. O İran televiziyası aparıcılarının irqçi yanaşması haqda bildirib ki, aparıcı burada olub “Qarabağ” tərəfdarlarını görsəydi, heç şübhəsiz, utanardı.

Hazırda “Traxtur”un texniki heyətində məşqçi kimi fəaliyyət göstərən Rəsul Xətibi “Qarabağ”la “Arsenal”ın oyununa da münasibət bildirib:
“Bizə udub-uduzmaq çox da mühüm deyil, əsas məsələ birliyimizdir”.

O, “Qarabağ”a uğurlar arzulayaraq “Yaşasın “Traxtur””, “Yaşasın “Qarabağ”” və “Yaşasın Azərbaycan” sözləri ilə fikrini tamamlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm