Gimnastlarımız Dünya Kuboklarının qalibləri oldular
Bizi izləyin

İdman

Gimnastlarımız Dünya Kuboklarının qalibləri oldular

Bu gün, Portuqaliyanın Lole şəhərində batut gimnastikası və tamblinq üzrə sonuncu Dünya Kuboku öz işinə yekun vurub.

Publika.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, turnirin son günü il ərzində təşkil olunmuş bütün Dünya Kuboklarının yekun xalları əsasında fərqlənmiş gimnastlara xüsusi kuboklar təqdim edilib. Belə ki, Azərbaycan gimnastı, tamblinq üzrə 2018-ci ilin Avropa Çempionu Mixail Malkin nəticələrə əsasən bütün rəqiblərini üstələyərək, bu kuboka layiq görülüb.

Bununla yanaşı, batut gimnastikası üzrə sinxron proqramda da qadın cütlüyümüz Veronika Zemlyanaya və Svetlana Makştaryova bütün Dünya Kuboklarında topladıqları xal hesabına görə birinciliyi əldə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm