İdman
Rəqib baş məşqçi millimizi təriflədi: "Azərbaycan..."
"Komandam yaxşı performans göstərdi. Azərbaycan çox yaxşı komandadır. Biz səfərdə qol vurduq, xal qazandıq. Kosovo ilə oyundan fərqli çıxış etdik. Baxmayaraq ki, çətin oyundan gəlmişdik, komandanın çıxışından razı qaldım".
Bu sözləri Malta yığmasının baş məşqçisi Rey Farruciya UEFA
Millətlər Liqasının IV turunda Bakıda millimizlə keçirilən oyundan
(1:1) sonra mətbuat konfransında deyib.
- Kosovoya məğlubiyyətdən sonra komanda çox tənqid
olunurdu. Bu gün isə daha güclü rəqiblə oyundan xalla
ayrıldınız...
- Həyat belədir. Mən, təbii ki, insanlara qulaq asır, onlardan
öyrənirəm. Hamının fikrini eşidirəm. İnsanların bizi tənqid etməyə
haqqı var. Bundan daha da güclənirik. Bizim yaşı 21-dən aşağı olan
bir neçə futbolçumuz var. Düzgün istiqamətdə irəliləyirik. Daha da
güclü olmağımız üçün vaxta ehtiyac var.
- Bu gün gənc futbolçuların çıxışı sizi qane
etdi?
- 10 ildən sonra fəlsəfəmizi dəyişmişik. Bugünkü oyundan çox razı
qaldım. Nəzərə alsaq ki, Azərbaycan fantastik komandadır və
futbolçularım hücuma getməkdən çəkinmirdilər nəticədən xeyli
razıyam.
- Oyundan öncə də komandanıza inandığınızı
bildirirdiniz. Bu inam nədən qaynaqlanırdı?
- 12 illik təcrübəm var. Məni tanıyanlar bilir ki, heç vaxt təslim
olmuram.
- Qrupdakı hər iki xalı Azərbaycandan aldınız. Bu
rəqibin zəif nöqtəsi nədir ki, komandanızı məğlub edə
bilmir?
- Hər oyunun öz hekayəsi var.Azərbaycan çox yaxşı rəqibdir.
Fikrimcə, ən yaxşı oyunumuzu Farerə qarşı keçirmişik. Bugünkü
oyunda komandamı sərgilədikləri əzmkarlığa görə təbrik etmək
istəyirəm.
- Növbəti iki oyunu evdə keçirəcəksiniz. Həmin
matçlardan gözləntiləriniz nədi?
- Bizim üçün hər oyunçunun hazır olması lazımdır. Növbəti oyunları
səbirsizliklə gözləyirik.
- Bugünkü görüşü futbolçularınızın vaxt uzatması hesabına
qazandığını qəbul edirsinizmi?
- Bu, futbolun bir hissəsidir. Epizodların birində iki futbolçu
baş-başa dəydi. Ümumilikdə isə futbolçularımdan razı qaldım.
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI