Olimpiya Oyunlarında boksçularımızın debütü uğurlu alındı
Bizi izləyin

İdman

Olimpiya Oyunlarında boksçularımızın debütü uğurlu alındı

Oktyabrın 14-də Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında boksçuların mübarizəsinə start verilib. Bu növ üzrə ilk yarış günündə Azərbaycan yığmasının hər 2 idmançısı rinqə çıxıb.

Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, yığmamızın bayraqdarı, Avropa çempionu Nurlan Səfərov ilk döyüşünü kanadalı Spenser Volcoksa qarşı keçirib. Altmış kiloqram çəki dərəcəsində qüvvəsini sınayan həmyerlimiz gərgin keçən qarşılaşmada qələbə qazanıb. Bu qələbə N.Səfərovu yarımfinala yüksəldib. Təmsilçimiz növbəti mərhələdə Atiçay Foemsap (Tailand) – Spenser Volcoks cütünün qalibi ilə üz-üzə gələcək.

Digər boksçumuz Nicat Həsənovun (69 kq) da Olimpiadada debütü uğurlu alınıb. Avropa çempionatının gümüş medalçısı Amerika Samoasını təmsil edən Falaniko Tautaya tam üstünlüklə qalib gəlib və yarımfinalda iştirak etmək hüququ qazanıb.

Boksçumuz finala gedən yolda Yassin Elouarz (Mərakeş) – Falaniko Tauta duelinin güclüsünü gözləyir.

Hər iki boksçumuz yarımfinal döyüşünə oktyabrın 16-da çıxacaq.

Qeyd edək ki, Olimpiadada boks yarışları 4 gün davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm