İdman
Rafael Ağayevə Tokioda “Grand Winner” mükafatı verildi
Azərbaycan idmançıları Tokioda Karate1 Premyer Liqa seriyasından ilin son turnirində uğursuz çıxış ediblər.
Publika.az xəbər verir ki, Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq) və Nuranə Əliyeva (-50 kq) təsəlliverici çıxışlara, Asiman Qurbanlı (+84 kq) isə bürünc mükafat uğrunda həlledici görüşə qatılsa da, zədə alan F.Fərzəliyev və A.Qurbanlı mükafatçılar sırasına düşə bilməyib. Ayxan Mamayev (-84 kq) isə üçüncü görüşdə ciddi zədələnərək məğlubiyyətə məcbur olub. Şahin Atamov (+84 kq) hakim səhvi üzündən məğlub olub.
Sonda ilin ən nüfuzlu turnirinin yekunlarına görə müxtəlif çəki dərəcələrində fərqlənən idmançılara "Grand Winners" mükafatı təqdim olunub. Milli komandanın üzvlərindən daha uğurlu mövsüm keçirən Rafael Ağayev (-75 kq) bu mükafata layiq görülüb.
Qeyd edək ki, 16 oktyabr tarixində Bakıya dönəcək milli komanda ertəsi gündən dünya çempionatına hazırlıqları davam etdirəcək.
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət