Millətlər Liqası: GÜNÜN NƏTİCƏLƏRİ
Bizi izləyin

İdman

Millətlər Liqası: GÜNÜN NƏTİCƏLƏRİ

Bu gün UEFA Millətlər Liqasında 4-cü turun növbəti oyunları keçirilib.

Publika.az xəbər verir ki, beşinci oyun günündə 7 qarşılaşma baş tutub.

Azərbaycan millisinin yer aldığı D Liqasında 2 oyun keçirilib. Belarusun Moldova ilə heç-heçəyə razılaşdığı gündə Lüksemburq San Marino üzərində darmadağına sevinib.

A Liqasında iki görüş olub - İspaniya İngiltərəni, İslandiya isə İsveçrəni qəbul edib. İngilislər çətin səfər matçından qələbə ilə ayrılıblar. İsveçrə də səfər qələbəsinə imza atıb.

C Liqasının 2-ci qrupunda Finlandiya Yunanıstan, Estoniya isə Macarıstan ilə üz-üzə gəlib. Finlərin yunanları məğlub etdiyi gündə bu qrupun altı qolluq digər matçı heç-heçə başa çatıb.

UEFA Millətlər Liqası, 4-cü tur

15 oktyabr

A Liqası
2-ci qrup

İslandiya - İsveçrə 1:2

Qol: Finnboqason, 81 - Seferoviç, 52. Lanq, 67.

4-cü qrup

İspaniya - İngiltərə 2:3

Qol: Alkaser, 59. S.Ramos, 90 – Sterlinq, 16; 38. Reşford, 30.

B Liqası
3-cü qrup

Bosniya və Hersoqovina - Şimali İrlandiya 2:0

Qol: Dzeko, 27; 73.

C Liqası
2-ci qrup

Finlandiya - Yunanıstan 2:0

Qol: Soiri, 46. Kamara, 89.

Estoniya - Macarıstan 3:3

Qol: Luts, 20. Pikk, 70. Anier, 79 – Naqi, 24. Salai, 54; 81.

D Liqası
2-ci qrup

Belarus - Moldova 0:0

Lüksemburq - San Marino 3:0

Qol: Turpel, 4. Sinani, 65. Till, 73.

Bombardir: Romelu Lukaku (Belçika), Aleksandar Mitroviç (Serbiya) - 4 qol.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm