Həbibdən İNANILMAZ ADDIM: Tonini döymək üçün 15 milyondan İMTİNA ETDİ
Bizi izləyin

İdman

Həbibdən İNANILMAZ ADDIM: Tonini döymək üçün 15 milyondan İMTİNA ETDİ

Rusiyalı idmançı Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla revanş döyüşünə çıxmaqdan imtina edib.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda rusiyalı döyüşçünün əmisi Aleks Nurməhəmmədov məlumat verib.

“İrlandiya döyüşçüsü yüngül çəkidə UFC çempionu üçün maraqlı deyil”, - o bildirib.

Onun sözlərinə görə, Nurməhəmmədov bununla da 15 milyon dollarlıq təklifi geri çevirib. Aleks Nurməhəmmədov qeyd edib ki, qardaşı oğlu yüngül çəkidə Toni Ferqusonla döyüşmək istəyir.

Xatırladaq ki, Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində oktyabrın 7-də keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Hakimlər 4-cü raundda rusiyalı döyüşçünün qələbəsini qeydə alıblar.

Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm