UFC Makqreqora hücum edən idmançını cəzalandırdı
Bizi izləyin

İdman

UFC Makqreqora hücum edən idmançını cəzalandırdı

“UFC Fight Night” turniri çərçivəsində rusiyalı Artyom Lobovun rəqibi amerikalı Maykl Conson olacaq.

Bu barədə təşkilatın məlumatında deyilir.

Döyüş oktyabrın 27-də keçiriləcək.

“Makyl Conson Artyom Lobovla döyüşdə Zubayra Tuhuqovu Nevada ştatının Atletika Komissiyasının apardığı araşdırmaya görə əvəz edəcək”, - məlumatda deyilir.

Zubayra Tuhuqov dağıstanlı döyüşçü Həbib Nurməhəmmədovun sekundantıdır. UFC prezidenti Deyna Uayt Həbibin Konor Makqreqor üzərindəki qələbəsindən sonra irlandiyalıya hücum edən idmançıların turnirdən kənarlaşdırılacağına söz verib. Tuhuqov Makqreqora hücum edənlərdən biri olub. (oxu.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm