"Qalatasaray" evdə büdrədi
Bizi izləyin

İdman

"Qalatasaray" evdə büdrədi

Türkiyə Super Liqasında 9-cu turun açılış matçı keçirlib.

Publika.az xəbər verir ki, çempionatın lideri "Qalatasaray" öz meydanında "Bursaspor"u qəbul edib.

İlk hissəsi qolsuz bərabərliklə bitən oyunun 62-ci dəqiqəsində qonaqlar Aytaç Karanın qolu ilə hesabı açıblar. 77-ci dəqiqədə Eren Derdiyokun qolu ilə hesabı bərabərləşdirən "sarı-qırmızılılar" çox çalışsalar da qələbə qolunu vura bilməyiblər. 16 oyun sonra ilk dəfə öz meydanında xal itkisinə məruz qalan "Qalatasaray" turnir cədvəlində liderliyini davam etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm