“Çelsi” - MY oyunu insidentlə bitdi - Mourinyo azarkeşlərə 3 barmaq göstərdi - - FOTO
Bizi izləyin

İdman

“Çelsi” - MY oyunu insidentlə bitdi - Mourinyo azarkeşlərə 3 barmaq göstərdi - - FOTO

“Çelsi” - “Mançester Yunayted” oyunu ilə İngiltərə Premyer Liqasının 9-cu turuna start verilib.

Publika.az xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Qarşılaşmada hesabı 21-ci dəqiqədə “Çelsi” klubu açıb. Villianın künc zərbəsindən ötürməsini mərkəz müdafiəçisi Antonio Rudiger başla dəqiq tamamlayıb – 1:0. Birinci hissə meydan sahiblərinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Fasilədən sonra irəli atılan Joze Maurinyonun yetirmələri 55-ci dəqiqədə oyunda tarazlılığı bərpa ediblər. Antoni Martial müdafiəçilərin səhvini bağışlamayıb – 1:1. Qarşılaşmanın 73-cü dəqiqəsində fərdi ustalığı sayəsində rəqibin iki futbolçusunu keçən A.Martial qapıya qüvvətli zərbə endirərək dublunu rəsmiləşdirib – 2:2.

Lakin bu da oyunda son qol olmayıb. Matça əlavə olunan vaxtın son dəqiqəsində (90+6) meydan sahibləri hesabı bərabərləşdirməyə nail olublar. Ross Barkli adını tabloya yazdırıb.

Beləliklə, turun açılış matçı 2:2 hesablı heç-heçə ilə başa çatıb. Son anlar qalmaqalsız ötüşməyib. "Çelsi"nin köməkçi məşqçilərindən birinin qolu emosional şəkildə bayram etməsi MY-nin baş məşqçisi Joze Mourinyonun xoşuna gəlməyib. Tərəflər qısa müddətdə sakitləşdirildi. Final fitindən sonra Mourinyo "Çelsi" azarkeşlərinə əliylə 3 işarəsi göstərərək "Stemford Bric"də bu sayda çempion olduğunu xatırladıb.

Bu oyundan sonra “Çelsi” xallarının sayını 21-ə, “Mançester Yunayted” isə 14-ə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm