“Qarabağ” “Səbail”i məğlub etdi
Bizi izləyin

İdman

“Qarabağ” “Səbail”i məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunda daha bir qarşılaşma keçirilib.

Publika.az xəbər ki, günün ikinci matçında “Qarabağ” “Səbail”i qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 62-ci dəqiqədə Abdullah Zubir vurub.

Bu nəticədən sonra xallarının sayını 19-a yüksəldən Ağdam təmsilçisi turnir cədvəlinin birinci pilləsində qərarlaşan “Neftçi”yə çatıb.

“Səbail” isə hələ ki, 10 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk oyununda “Qəbələ” evdə “Neftçi”dən üstün olub – 3:1. Tura sabah keçiriləcək "Sumqayıt” – "Sabah” və "Keşlə” – "Zirə” matçları ilə yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm