Ronaldodan futbol tarixində YENİ REKORD
Bizi izləyin

İdman

Ronaldodan futbol tarixində YENİ REKORD

İtaliyanın "Yuventus" futbol komandasının portuqaliyalı hücumçusu Kriştian Ronaldu futbol tarixində yeni rekorda imza atıb.

"Report" xəbər verir ki, futbolçu bu ilkə Avropanın güclülərdən ibarət 5 çempionatında 400 qol vurmaqla nail olub.

O, A seriyasının 9-cu turunda "Yuventus" - "Genuya" matçında fərqlənib. Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Matç həm də "Yuventus"un mövsümdə xal itirdiyi ilk oyundur.

Bu, portuqaliyalı futbolçunun Turin klubunda 5-ci qoludur. Buna qədər o, Madridin "Real" klubunda 311 dəfə fərqlənib. Ronaldu həmçinin İngiltərə premyer liqasında "Mançester Yunayted"in tərkibində də 84 qol vurub. Ronaldunun adı "Qızıl top"a namizəd olan futbolçuların siyahısındadır.

Yeri gəlmişkən qeyd edək ki, İspaniya "Barselona"sının argentinalı hücumçusu Lionel Messinin isə aktivində 389 qol var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm