"Neftçi"nin kapitanı Almaniyaya getdi
Bizi izləyin

İdman

"Neftçi"nin kapitanı Almaniyaya getdi

"Neftçi" klubunun kapitanı Ruslan Abışov bərpa prosesi keçmək üçün Almaniyaya yollanıb.

Publika.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 31 yaşlı təcrübəli müdafiəçi hazırda fitness zalında məşq edir.

Qeyd edək ki, Ruslan Abışov Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə Macarıstan "Uypeşt"inə 0:4 hesabı ilə uduzduqları oyunun 41-ci dəqiqəsində rəqiblə top uğrunda mübarizədə ayağındanzədələnib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm