"Barselona"da xarüqələr yaradan futbolçu karyerasını bitirir
Bizi izləyin

İdman

"Barselona"da xarüqələr yaradan futbolçu karyerasını bitirir

Qətərin “Əl-Sədd” klubunun formasını geyinən "Barselona"nın keçmiş futbolçusu Xavi karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Publika.az xəbər verir ki, İtaliyanın “Corriere dello Sport” nəşrinə açıqlama verən ispan futbolçu, mövsümün sonunda futboldan gedəcəyini deyib:

“Hazırkı klubumla Asiya Çempionlar Liqasını qazanmaq istəyirəm. Bu mövsüm 99 faiz mənim üçün son olacaq. Ona görə də, karyeramı yeni bir titul qazanaraq bitirmək istəyirəm. Gələcəkdə məni nəyin gözlədiyini bilmirəm. Ən böyük arzum “Barselona”da məşqçi olmaqdır”.

1995-2015-ci illər aralığında “Barselona”da forma geyinən Xavi, 2015-ci ildə “Əl-Sədd” klubuna transfer olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm