Futbolda İNQİLAB: Avropa nəhəngləri UEFA-dan çıxır
Bizi izləyin

İdman

Futbolda İNQİLAB: Avropa nəhəngləri UEFA-dan çıxır

Avropanın aparıcı futbol klubları elit liqa yaratmaq istəyir.

Publika.az xəbər verir ki, bu ideyanın tərəfdarları arasında bir sıra top-klublar yer alıb. Layihəyə əsasən, Avropanın 11 klubu UEFA-nın tərkibindən çıxaraq, Çempionlar Liqasına alternativ olacaq Super Liqa adlı yeni turnir təsis etmək niyyətindədirlər. Bu "11-lik” 20 il ərzində yarışda daimi çıxış edəcək, əlavə 5 komanda isə qonaq qismində dəvət ediləcək.

Super Liqanın yaradıcıları Almaniyanın "Bavariya”, İspaniyanın "Real Madrid”, "Barselona”, İtaliyanın "Yuventus”, "Milan”, İngiltərənin "Arsenal”, "Çesli”, "Mançester Yunayted”, "Mançester Siti”, "Liverpul” və Fransanın PSJ komandaları olacaq.

İspaniyanın "Atletiko”, Almaniyanın "Borussiya” (Dortmund), Fransanın "Olimpik” (Marsel), İtaliyanın "İnter” və "Roma” klubları isə qonaq statusu ilə yarışa qatılacaq.

Qeyd edək ki, klubların yaxın gələcəkdə bəyanatla çıxış edəcəkləri bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm