"Real"ın qələbə həsrəti bitdi - VİDEO
Bizi izləyin

İdman

"Real"ın qələbə həsrəti bitdi - VİDEO

"Real" İspaniya çempionatının 11-ci turu çərçivəsində "Valyadolid" üzərində 2:0 hesabı ilə qələbə qazanaraq 5 oyunluq qalibiyyətsiz seriyaya son qoyub (bir heç-heçə, dörd məğlubiyyət).

Publika.az xəbər verir ki, "Santyaqo Bernabeu" stadionunda keçirilən oyunda hesab oyunun sonlarında - 83-cü dəqiqədə açılıb. "Valyadolid"in oyuçusu Kiko avtoqola imza atıb. Oyunun 88-ci dəqiqəsində "Real"ın kapitanı Serxio Ramosa penaltini dəqiq yerinə yetirərək hesabda fərqi artırıb. Bu qələbə "Real" üçün Xulen Lopeteqinın baş məşqçi postundan istefaya göndərilməsindən sonra ilk qələbəsi olub. Hal-hazırda onun vəzifələrini Santyaqo Solari yerinə yetirir.

Turnir cədvəlinə gəlincə, "Real" 17 xalla 6-cıdır. Növbəti turda "Kral klubu" səfərdə "Selta" ilə qarşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm