Nə Neymar, nə Salah - Kamerunlu futbolçu "dünyanın ən bahalısı" oldu
Bizi izləyin

İdman

Nə Neymar, nə Salah - Kamerunlu futbolçu "dünyanın ən bahalısı" oldu

“CIES Football Observatory” şirkəti dünyanın ən bahalı futbolçularının adlarını açıqlayıb.

Publika.az xəbər verir ki, dünyanın ən bahalı birinci futbolçusu “Paris Sen-Jermen” klubunun 19 yaşlı hücumçusu Kilian Mbappedir.

Eyni zamanda, Fransa yığmasında da forma geyinən Mbappenin dəyəri 216,5 milyon avrodur.

İkinci yerdə “Tottenhem”də çıxış edən Harri Keyn qərarlaşıb.

Onun qiyməti isə 197,3 milyon avro qoyulub. Üçüncü yerin sahibi “Barselona”nın əfsanəsi Lionel Messidir. Messi 170, milyon avro dəyərində qiymətləndirilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm