İdman
Mədət Quliyev Bakının mərkəzində VELOSİPED SÜRDÜ - FOTO
9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Velosiped İdman Klubunun təşkilatçılığı, Respublika Olimpiya Velosiped Məktəbi, “Gənc Velosipedçilər” İctimai Birliyi və “Azərbaycan Əlil Velosipedçilər Klubu”nun dəstəyi ilə “Bayrağımız qürur mənbəyimizdir” devizi altında veloyürüş keçirilib.
Azərbaycan Velosiped İdmanı Federasiyasından Publika.az-a verilən məlumata görə, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev, DTX Velosiped İdman Klubunun üzvləri, peşəkar və həvəskar velosipedçilər, o cümlədən ilk dəfə olaraq “Azərbaycan Əlil Velosipedçilər Klubu”nun nümayəndələri də iştirak edib.
100-dən artıq velosipedçi Azneft dairəsindən start götürməklə Neftçilər prospekti ilə hərəkət ediblər və Heydər Əliyev Mərkəzinin qarşısında bayram yürüşünü başa çatdırıblar.
Qeyd edək ki, Azərbaycan Velosiped İdmanı Federasiyası təkcə paytaxtda deyil, həmçinin bölgələrdə də bu cür tədbirlərin keçirilməsinə dəstək verir. Belə bir yürüş noyabr ayının 8-də Cəlilabad rayonunda da təşkil edilib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!