Premyer liqada gözlənilən görüş - "Qarabağ" "Qəbələ"yə qarşı
Bizi izləyin

İdman

Premyer liqada gözlənilən görüş - "Qarabağ" "Qəbələ"yə qarşı

Futbol üzrə Azərbaycan Premyer Liqasda 11-ci turun oyunları davam edir.

Publika.az xəbər verir ki, bu gün “Qəbələ” “Qarabağ”la qarşılaşacaq.

Qəbələ şəhər stadionunda keçiriləcək matç komandalar arasında 49-cu duel olacaq. Rəqiblər indiyədək 48 dəfə üz-üzə gəlib. Hesabında 11 qələbə olan “qırmızı-qaralar” 17 dəfə heç-heçə edib və 20 dəfə məğlub olub. Bu görüşlərdə "Qəbələ" 42, “Qarabağ” 59 qola sevinib.

“Qarabağ”la Premyer Liqada 42-ci dəfə görüşəcək rəqiblər Azərbaycan kubokunda 7 dəfə üz-üzə gəlib. Çempionatdakı 41 görüşdə ağdamlılar 19, “qırmızı-qaralar” 10 dəfə 3 xal əldə edib. 12 qarşılaşmada qalib müəyyənləşməyib. Premyer Liqada "Qəbələ" 37 qol vurub, 53-nü buraxıb.

“Qəbələ” 23-cu dəfə “Qarabağ”ı öz meydanında qəbul edəcək. Əvvəlki 22 ev oyununda 7 qələbəsi olan “qırmızı-qaralar” 7 heç-heçə edibvə 8 dəfə uduzub. Bu matçlarda tərəflər hərəyə 24 qol vurub.

Hazırda turnir cədvəlində "Qarabağ"ın 20, "Qəbələ"nin 12 xalı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm