İran tarixində BİR İLK: 500 qadın stadionda...
Bizi izləyin

İdman

İran tarixində BİR İLK: 500 qadın stadionda...

İranda 39 il sonra bir ilk gerçəkləşib.

Publika.az xəbər verir ki, qadın azarkeşlərə matçı tribunadan izləmək icazəsi verilib.

Paytaxt Tehranın “Azadi” (Azadlıq) stadionunda Asiya Çempionlar Liqasının final turu cavab görüşü çərçivəsində İran təmsilçisi “Persepolis” Yaponiyanın “Kaşima Antlers” komandasını qarşılayıb.

Ölkənin ən çox azarkeşinə malik “Persepolis” üçün tribunada 80 000 futbolsevər olub. Onların arasında 500-ə yaxın qadın da öz yerini alıb. İranın İSNA xəbər agentliyinin məlumatına görə, qadınlara tribunada 850 nəfərlik yer ayrılıb. Qadınlar arasında azarkeşlərlə birgə futbolçuların yaxınları, qadın futbol komandasının üzvlərinin olduğu da iddia edilib.

Bu isə 1979-cu ildən sonra İran tarixində bir ilk olub. Qeyd edilən tarixdə baş tutan İslam inqilabından sonra qadınlar kişilərin olduğu turnirlərdə iştirak etmirdi.

Məlumat üçün bildirək ki, Asiya Çempionlar Liqasının final matçı 0:0 hesabı ilə bitib. Final turunun ilk oyununda rəqibini 2:0 hesabı ilə üstələyən yapon təmsilçisi bu hesabla liqanın çempionu olub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm