Millimiz Ukraynaya uduzdu
Bizi izləyin

İdman

Millimiz Ukraynaya uduzdu

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Publika.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Ukrayna U-21 ilə üz-üzə gəlib. "Dalğa Arena"da keçirilən qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün birinci hissəsində Azərbaycan millisinin heyətində Ozan Can Kökçü qırmızı vərəqə alıb. Lakin razılaşmaya əsasən komanda azlıqda qalmayıb. Kökçünü isə komanda yoldaşı əvəzləyib. Digər razılaşma isə oyun ərzində hər komandada 8 dəyişikliyin edilməsinə dair olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm