İdman
Rumıniya millisinin 2 üzvü “Qəbələ”də
2014/15 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətini gücləndirmək istiqamətində növbəti addım atıb.
Publika.az xəbər verir ki, Ruslan Əmircanovun ardından daha iki futbolçu “qırmızı-qaralar”la müqavilə imzalayıb. Rumıniyalı Andrey Kristea və Adrian Ropotan növbəti mövsümdə “Qəbələ”nin formasını geyəcək. Hər iki oyunçu ilə 1 illik müqavilə imzalanıb.
30 yaşlı Kristea hücumçu, bəzən hücuma meyilli yarımmüdafiəçi kimi çıxış edir. Vaxtilə Rumıniyanın aşağı yaş yığmalarında da oynamış Andrey ölkəsinin əsas komandasında 2006-cı ildə debüt edib. Rumıniyalı əsas millidə 10 matç keçirib. Son mövsümü “Braşov”da keçirən Kristea bunadək “Bakau” (2001-04), “Styaua” (2004-06), “Politexnika” (Timişoara, 2006-08), “Politexnika” (İaşi, 2008 və 2009), “Dinamo” (Buxarest, 2008-10 və 2012-13) çıxış edib.
2011/12 mövsümündə legioner həyatı yaşayan Andrey Almaniyada “Karlsrue”nin formasını geyib. 2009/10 mövsümündə “Dinamo”da 16 qol vuran Kristea Rumıniya çempionatının bombardiri adını qazanıb. Bundan başqa isə onun hesabında 2 ölkə çempionluğu və 1 dəfə Superkubokun qalibi titulu var.
28 yaşlı Ropotan dayaq yarımmüdafiəçisidi. Ölkəsinin əsas yığmasında 2008-ci ildə debüt edən futbolçu bu komandada 5 matça çıxıb. Bunadək isə Rumıniyanın U-21 millisinin şərəfini qoruyub. Buxarest “Dinamo”sunun yetirməsi olan yarımmüdafiəçi 2005-09-cu illərdə bu komandanın formasını geyib. Son 5 ili Rusiyada legioner həyatı yaşayan Ropotan Moskva “Dinamo”su (2009-12) və Nijni Novqorod “Volqa”sı (2013-14), həmçinin icarə əsasında “Tom”un (2011-12) uğurları üçün çalışıb.
Qeyd edək ki, legionerlər bu gündən komandanın məşqlərinə qatılacaq.
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik