İdman
Millimiz Gürcüstanı məğlub etdi
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci oyununu keçirib.
Publika.az xəbər verir ki, Tbilisi şəhərindəki Mixail Mesxi adına stadionda Gürcüstan yığması ilə qarşılaşan Vüqar Məmmədin baş məşqçi olduğu komanda 2:1 hesabı ilə qalib gəlib.
Hesabı 45+1-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Levan Xarabadze açıb. Lakin 66-cı dəqiqədə Tural Bayramov bərabərlik, 70-ci dəqiqədə Zahid Mərdanov qələbə topunu vurub. Qrupun digər oyununda İsrail Lixtenşteyni eyni hesabla yenib.
U-19 qrupda son oyununu noyabrın 20-də Lixtenşteynə qarşı keçirəcək.
Qeyd edək ki, Azərbaycan millisi ilk turda İsrailə uduzub - 1:4. Hazırda İsrail 6 xalla 1-ci pillədə qərarlaşıb. Azərbaycan və Gürcüstan hərəyə 3 xalla sonrakı 2 yeri tutur. Axırıncı pillədə isə hələ xalı olmayan Lixtenşteyn qərarlaşıb.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!