Xorvatiya son dəqiqələrdə ŞOK YAŞADI - VİDEO
Bizi izləyin

İdman

Xorvatiya son dəqiqələrdə ŞOK YAŞADI - VİDEO

Noyabrın 18-də UEFA Millətlər Liqasının qrup mərhələsinin son turuna start verilib.

Publika.az xəbər verir ki, turun açılış oyunu Londondakı “Uembli” stadionunda keçirilib. Burada İngiltərə millisi son dünya çempionatının finalçısı Xorvatiya seçməsini qəbul edib. Gərgin idman mübarizi şəraitində keçən matçın birinci hissəsində hesab açılmayıb.

İkinci hissədə ingilislərin üstün futbol nümayiş etdirmələrinə baxmayaraq, hesabı qonaqlar açıblar. “Dumanlı albion” futbolçularını əks hücumda yaxalayan xorvatlar Andrey Kramariçin qolu ilə hesabda önə keçiblər - 0:1. Qoldan sonra hücuma atılan ingilislər matçın 78-ci dəqiqəsində hesabı bərabərləşdiriblər. Meydanda yenicə daxil olmuş Cesi Lingard Hari Keynin ötürməsini qola çevirib - 1:1. Matçın 85-ci dəqiqəsində isə komandanın kapitanı Hari Keyn özü fərqlənərək qələbə topunu vurub - 2:1. Oyun elə bu hesabla başa çatıb.

Bu qələbədən sonra İngiltərə millisi xallarının sayını 7-yə çatdıraraq A liqasının 4-cü qrupunu lider kimi başa vurub və pley-off mərhələsinə vəsiqə qazanıb. Xorvatiya milli komandası isə A liqasını tərk edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm