Daha bir türk İngiltərə komandasına TRANSFER OLUNUR - Fantastik qiymətə
Bizi izləyin

İdman

Daha bir türk İngiltərə komandasına TRANSFER OLUNUR - Fantastik qiymətə

İngiltərənin transfer gündəmindən düşməyən “Roma”nın türkiyəli futbolçusu Cengiz Ünder “Aresanal”a keçəcək.

Publika.az xəbər verir ki, 21 yaşlı oyunçu üçün transfer qarşılığında “Roma”ya 60 milyon avro ödənəcək.

Müqavilənin gələn ilin yanvar ayında imzalanacağı gözlənilir.

Qeyd edək ki, Cengiz Ünderin adı daha öncə “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted” və “Bavariya” ilə birgə hallanırdı.

Türkiyə millisinin futbolçusu “Roma” forması ilə çıxdığı 14 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Ünder dünyanın ən sürətli turniri kimi qiymətləndirilən İngiltərə Premyer Liqasında çıxış edəcək ilk türk deyil. Hazırda onun həmyerliləri Mesut Özil ("Arsenal"), Cenk Tosun ("Everton"), İlkay Gündoğan ("Mançester Siti") Premyer Liqada çıxış edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm