İdman
Putindən Həbibə İNANILMAZ JEST - İlk dəfə AÇIQLANDI
Rusiya prezidenti Vladimir Putinin UFC çempionu Həbib Nurməhəmmədovla görüşünün detalları məlum olub.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, oktyabrın 10-da keçirilən görüşün detalları barədə UFC çempionu haqqında avtobioqrafiya kitabının həmmüəllifi Zaur Qurbanov “Sport24”-ə danışıb.
Putin Həbibin atasından irlandiyalı Konor Makqreqorla döyüşdən sonra baş verən qalmaqala görə oğlunu cəzalandırmamağı istəyib.
Zaurun sözlərinə görə, idmançı prezidentlə görüşün gedişatında karyerasını ciddi təhlükə qarşısında qoyan xoşagəlməz hadisədən danışıb. Putin Həbibi dinləyib və onu dəstəkləyərək etiraf edib ki, incikliyini anlayır. Lakin Rusiya prezidenti Həbibdən daha təmkinli olmağı və idmanın etik qaydalarına riayət etməyi xahiş edib.
Qurbanovun sözlərinə görə, Putin Nurməhəmmədova xüsusi telefon nömrəsini verərək praktik dəstəyini nümayiş etdirdi.
“Bu, sənin istənilən vəziyyətdə zəng vura biləcəyin nömrədir”, - Rusiya lideri deyib.
O həmçinin idmançını “başını dik” saxlamağa çağırıb.
Qeyd edək ki, oktyabrın 6-da ABŞ-da UFC 229 turnirində Həbib Nurməhəmmədov və Konor Makqreqor arasında döyüş keçirilib. Rusiyalı idmançı irlandiyalı rəqibini məğlub edərək yüngül çəkidə çempionluq titulunu qoruyub.
Ömər
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK