PSJ ondan VAZ KEÇDİ - 200 milyona satacaq
Bizi izləyin

İdman

PSJ ondan VAZ KEÇDİ - 200 milyona satacaq

“Paris Sen-Jermen” klubu ulduz futbolçusu Neymarın gedişinə icazə verib.

Publika.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

"La Porteria" TV kanalının iddiasına görə, Neymar 200 milyon avro qarşılığında sərbəst qala bilər.

Neymarın elçiləri isə fürsətdən istifadə edərək hərəkətə keçib. Onu 222 milyona PSJ-yə satan “Barselona” Neymarın qarşılığında Usman Dembeleni və müəyyən miqdarda məbləğ təklif edir. Elçilər arasında ən şanslısı isə “Real Madrid” hesab olunur.

Qeyd edək ki, PSJ UEFA-nın “Financial Fair Play” qaydalarına uyğunlaşmaq üçün Mbappe və Neymar kimi iki ulduzunun birindən vaz keçməli idi. Neymardan vaz keçdiyinə görə, Paris klubu Mbappenin gücünə inanır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm