“Traxtur” sabah kritik matçına çıxır - 2 futbolçu komandanı tərk etdi
Bizi izləyin

İdman

“Traxtur” sabah kritik matçına çıxır - 2 futbolçu komandanı tərk etdi

Təbrizin “Traxtur” futbol komandası növbəti mübarizəsinə hazırlaşır.

Publika.az xəbər verir ki, Təbriz təmsilçisi İran liqasının 14-cü həftəsində Buşehr şəhərinin “Pars Cənubi Cəm” komandasının qonağı olacaq.

Görüş dekabrın 1-i Təbriz vaxtı ilə saat 15:00-da “Təxti Cəm” stadionunda keçiriləcək.

Qeyd edək ki, "Traxtur" turnir cədvəlində 23 xalla 4-cü, rəqibi isə 19 xalla 6-cı sırada qərarlaşıb.

Bu arada “Traxtur”un irlandiyalı hücumçusu Antoni Stokesin komandanı tərk edərək Təbrizdən getdiyi bildirilir. O ailəsi ilə birlikdə noyabrın 27-də Təbrizdən İstanbula, oradan isə vətəni İrlandiyaya yola düşüb.

Antoni Stokes “Traxtur”un ulduz oyunçusu olub və komanda üçün 8 qol vurub. Onun “Traxtur”u bu şəkildə tərk etməsi çoxlarını təəəcübləndirib. Bu məsələdə mərkəzdən “Traxtur” klubuna təzyiqlər edildiyi barədə şübhələr var.

Komandanın digər oyunçusu şotlandiyalı Li Ervin də hələlik məzuniyyətdən qayıtmayıb, onun komandanı tərk etdiyi barədə də məlumatlar yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm