“Neftçi” dünya çempionatının iştirakçısını TRANSFER ETDİ
Bizi izləyin

İdman

“Neftçi” dünya çempionatının iştirakçısını TRANSFER ETDİ

“Neftçi” heyətini dah bir futbolçu ilə gücləndirib.

Publika.az kluba istinadən xəbər verir ki, vətəni Qvineyada istedadı ilə seçilən futboçulardan olan Mamadu Kane ilə 3 illik müqavilə bağlanıb. Oktyabrın 15-dən "Neftçi”də baxışda olan 21 yaşlı Kane mərkəz yarımmüdafiəçisidir. O, “ağ-qaralar”ın heyətində 36 nömrəli formanı geyinəcək.

Bundan əvvəl Qvineyanın "Kaloum Star” klubunun üzvü olmuş futbolçu bu ölkənin 20 yaşadək milli komandasının formasını geyinib və dünya çempionatında iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm