"Sumqayıt" "Səbail"i məğlub etdi
Bizi izləyin

İdman

"Sumqayıt" "Səbail"i məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, "Sumqayıt" yenicə təmirdən çıxan "Kapital Bank Arena"da "Səbail"i sınağa çəkib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 60-cı dəqiqədə Atilla Yıldırım vurub.

Bu qələbə sayəsində "Sumqayıt" xallarını 14-ə çatdırsa da, yenə 6-cı pillədə qalıb. "Səbail" isə 20 xalla 3-cüdür.

Qeyd edək ki, turun açılış oyununda "Neftçi" səfərdə "Sabah"a qalib gəlib - 2:1. Dekabrın 2-də "Qəbələ" "Zirə"ni, dekabrın 3-də isə "Qarabağ" "Keşlə"ni qəbul edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm