MS qalib gəldi, MY xal itirdi
Bizi izləyin

İdman

MS qalib gəldi, MY xal itirdi

İngiltərə Premyer Liqasında 14-cü tura start verilib.

Publika.az xəbər verir ki, turun açılış oyununda “Kardiff Siti” “Vulverhempton”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı qarşılaşmada qələbəni meydan sahibləri bayram ediblər.

Şənbə günü daha altı oyun baş tutub. "Lester" doğma meydanda "Uotford"u 2 cavabsız qolla məğlub edib. "Mançester Siti" doğma meydanda "Bornmut"dan güclü olub. Mançesterin digər təmsilçisi "Mançester Yunayted" isə səfərdə "Sauthempton"la heç-heçəyə razılaşıb.

“Çelsi” bu turda “Fulhem”i qəbul edəcək. Turun maraqla gözlənilən qarşılaşmalarından biri Mersisaydda olacaq. “Liverpul” “Everton”la üz-üzə gələcək. Mərkəzi görüş isə Londonda keçiriləcək. “Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Arsenal” doğma meydanda “Tottenhem”lə münasibətlərinə aydınlıq gətirəcək.

İngiltərə Premyer Liqası, 14-cü tur

30 noyabr

Kardiff Siti - Vulverhemtpon 2:1

Qol: Gunnarsson, 65. Hoylett, 77 - Doherti, 18.

1 dekabr

Kristal Pelas - Bernli 2:0

Qol: Makartur, 16. Taunsend, 77.

Haddersfild - Brayton 1:2

Qol: Yorgensen, 1 – Daffi, 45. Andone, 69.

Lester - Uotford 2:0

Qol: Vardi, 12. Maddison, 23.

Mançester Siti - Bornmut 3:1

Qol: B.Silva, 16. Sterlinq, 57. İ.Gündoğan, 79 - Vilson, 44.

Nyukasl - Vest Hem 0:3

Qol: Çiçarito, 11; 63. F.Anderson, 90.

Sauthempton - Mançester Yunayted 2:2

Qol: Armstronq, 14. Soares, 20 - Lukaku, 33. Herrera, 39.

2 dekabr

16:00 Çelsi - Fulhem
18:05 Arsenal - Tottenhem
20:15 Liverpul - Everton

Bombardir: Serxio Aquero (Mançester Siti), Pyer-Emerik Obameyanq (Arsenal) - 8 qol.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm