"Qəbələ" - "Zirə" oyunu təxirə salındı
Bizi izləyin

İdman

"Qəbələ" - "Zirə" oyunu təxirə salındı

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunda keçirilən "Qəbələ" - "Zirə" matçı təxirə salınıb.

"Report" xəbər verir ki, buna Qəbələdəki havanın qatı dumanlı olması səbəb olub.

Görüşün baş hakimi Vüqar Həsənli 15 dəqiqəlik fasilə elan etdikdən sonra, daha 10 dəqiqə gözləyib. Lakin hava şəraiti matçın davam etdirilməsinə imkan verməyib. Görüş sabah saat 14:00-da qaldığı yerdən davam etdiriləcək.

Qeyd edək ki, 57-ci dəqiqədə dayandırılan oyunda hesab açılmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm