"Real Madrid"in sabiq baş məşqçisi Azərbaycana gələcək - Bir ŞƏRTİ VAR
Bizi izləyin

İdman

"Real Madrid"in sabiq baş məşqçisi Azərbaycana gələcək - Bir ŞƏRTİ VAR

Cənubi Azərbaycanın “Traxtur” futbol komandasının keçmiş baş məşqçisi Con Toşak Təbrizə gələ bilər.

Publika.az xəbər verir ki, bunun qarşılığında uelsli baş məşqçinin yalnız bir şərti var.

Əgər “Traxtur” super liqanın çempionu olsa, Con Toşak Təbrizə qayıdacaq.

Mediada yayılan məlumata görə, dünya şöhrətli uelsli mütəxəssis hələ də “Traxtur” klubunun sahibi Məhəmmədrza Zenuzi ilə əlaqə saxlayır və Azərbaycan komandasının yarışlarını izləyir. O bildirib ki, “Traxtur” 18-ci super liqanın çempionu olursa, mövsümün əvvəlində çalışdırdığı komandanın qələbə mərasiminə qatılmaq məqsədi ilə Təbrizə gələcək.

Xatırladaq ki, bir müddət “Real Madrid” komandasının baş məşqçisi olan 69 yaşlı Con Toşak iyun ayının əvvəllərində Təbrizin “Traxtur” klubu ilə 3 illik müqavilə imzalamışdı. Çoxları uelsli baş məşqçinin Azərbaycan komandasına cəlb olunmasını klub üçün super transfer adlandırırdı.

Con Toşak “Traxtur” klubu ilə razılaşaraq sentyabrda komandadan ayrılıb. Bu barədə Təbriz klubu bəyanat yayaraq Con Toşakın İran Futbol Federasiyası və Liqa Təşkilatının “Traxtur”a yaratdığı maneəlrə görə istefa verdiyini açıqlamışdı.

Xatırladaq ki, Con Toşak bir müddət "Xəzər Lənkəran" klubunda da fəaliyyət göstərib.

Zümrü

Oxumağa davam et
Reklam
Reklam

Gündəm