“Qəbələ” “Antalyaspor”la sülh bağladı (Fotoreportaj)
Bizi izləyin

İdman

“Qəbələ” “Antalyaspor”la sülh bağladı (Fotoreportaj)

“Qəbələ” “Antalyaspor”la sülh bağladı

Mövsümün ikinci yarısının hazırlıqlarını Antalyada davam etdirən "Qəbələ"nin əvəzedicilərdən ibarət komandası toplanış çərçivəsində üçüncü yoxlama oyununu keçirib.

Publika.az xəbər verir ki, müvafiq olaraq Rusiya təmsilçisi "Lokomotiv" (0:2) və Küveytin U-21 millisi (1:0) üz-üzə gələn "qırmızı-qaralar" bu dəfə "Antalyaspor"un U-19 komandası ilə münasibətlərinə aydınlıq gətirib.

Meydançaya 19 yaşa qədər futbolçulardan ibarət heyətlə çıxan "Qəbələ" qarşılaşma boyu daha üstün oyun nümayiş etdirsə də, görüşdə hesab açılmayıb - 0:0.

"Qəbələ" toplanış çərçivəsində növbəti oyununu bu gün Ukrayna "Şaxtyor"unun əvəzedici heyətinə qarşı keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm