Futbol Federasiyasının prezidenti saxlanıldı
Bizi izləyin

İdman

Futbol Federasiyasının prezidenti saxlanıldı

Peru Futbol Federasiyasının prezidenti Edvin Ovyedo saxlanılıb.

"Report" xəbər verir ki, məlumatı yerli RPP radiosu yayıb.

Polis federasiya rəhbərini cinayətkar təşkilat ilə əlaqalərdə şübhəli bildiyi üçün 10 günlük istintaqa cəlb edib.

Həbs Lima şəhərində hüquq-mühafizə orqanının qərarı ilə həyata keçirilib. Ovyedo, əsasən, korrupsiya ilə bağlı ittiham olunur.

Qeyd edək ki, Edvin Ovyedo 2014-cü ildən Peru Futbol Federasiyasının prezidentidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm