“Qalatasaray” da xal itirdi
Bizi izləyin

İdman

“Qalatasaray” da xal itirdi

Türkiyə Super Liqasında 15-ci tura start verilib.

Publika.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Beşiktaş” səfərdə “Alanyaspor”un qonağı olub. Tərəflər bu oyundan qolsuz ayrılıblar.

Şənbə günü üç görüş baş tutub. "Sivasspor" doğma meydanda "Göztəpə"ni, "Trabzonspor" isə "Konyaspor"u məğlub edib. "Qalatasaray" da "Rizəspor"la qarşılaşıb. İstanbul nəhəngi dörd qolun qeydə alındığı bu görüşdən xal itkisi ilə ayrılıb.

“Fənərbaxça” “Akhisarspor”, “Başakşəhər” isə “Ankaragücü”ylə üz-üzə gələcək.

Türkiyə Super Liqası, 15-ci tur

7 dekabr

Alanyaspor - Beşiktaş 0:0

8 dekabr

Sivasspor - Göztəpə 2:0

Qol: Rıbalka, 60-pen. Duqlas, 80.

Trabzonspor - Konyaspor 3:0

Qol: Rodalleqa, 76-pen. Ekuban, 83. Onazi, 89.

Qalatasaray - Rizəspor 2:2

Qol: Q.Rodriqes, 40. E.Derdiyok, 58 - A.Umar, 67. Samudio, 80.

9 dekabr

14:30 Ərzurumspor - Yeni Malatyaspor
17:00 Bursaspor - Antalyaspor
20:00 Akhisarspor - Fənərbaxça

10 dekabr

21:00 Ankaragücü - Başakşəhər
21:00 Kasımpaşa - Konyaspor

Oxumağa davam et
Reklam
Reklam

Gündəm