DÇ-2020: millimizin rəqibləri bəlli oldu
Bizi izləyin

İdman

DÇ-2020: millimizin rəqibləri bəlli oldu

Final mərhələsi 2020-ci ildə Litvada təşkil ediləcək futzal üzrə dünya çempionatının ilkin və əsas mərhələsinin püşkü atılıb.

Publika.az xəbər verir ki, əsas mərhələdən mübarizəyə başlayacaq Azərbaycan milli komandası üçüncü qrupda Slovakiya, ilkin mərhələnin “H” qrupunun qalibi və “G” qrupunda ikinci yeri tutacaq komandalarla qarşılaşacaq.

İlkin mərhələnin “H” qrupunda Finlandiya, Moldova, Uels və Şimali İrlandiya, “G” qrupunda Hollandiya, Monteneqro, Bolqarıstan və Estoniya milliləri yer alıblar.

Qeyd edək ki, millimizin yer aldığı üçüncü qrupun oyunları 2019-cu il oktyabrın 22-dən 27-dək Bakıda keçiriləcək. Qrupda ilk iki yeri tutan komanda elit-raunda vəsiqə qazanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm