“Qalatasaray”dan qələbəyə bərabər heç-heçə
Bizi izləyin

İdman

“Qalatasaray”dan qələbəyə bərabər heç-heçə

Türkiyə Super Liqasında 16-cı tura start verilib.

Publika.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Göztəpə” öz meydanında “Bursaspor”u sınağa çəkib. Bu görüşdə qapılara qol vurulmayıb.

Turun mərkəzi görüşündə “Qalatasaray” turnir cədvəlinin vahid lideri olan “Başakşəhər”lə qarşılaşıb. Tərəflər hərəyə bir dəfə fərqləndikləri oyundan 1 xalla ayrılıblar. "Rizəspor" - "Alanyaspor" oyununda da qalib müəyyənləşib. "Sivasspor" doğma meydanda "Ankaragücü"nü darmadağın edib. "Konyaspor" isə "Kasımpaşa" üzərində qələbəyə sevinib.

Turun maraqla gözlənilən digər qarşılaşmasında “Beşiktaş” öz meydanında “Trabzonspor”la münasibətlərinə aydınlıq gətirəcək.

Türkiyə Super Liqası, 16-cı tur

Başakşəhər - Qalatasaray 1:1

Qol: İ.Kahveçi, 18 - E.Derdiyok, 30-pen.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm