Çempionlar Liqasının PÜŞKÜ ATILDI - 1/8 finalın CÜTLÜKLƏRİ
Bizi izləyin

İdman

Çempionlar Liqasının PÜŞKÜ ATILDI - 1/8 finalın CÜTLÜKLƏRİ

Çempionlar Liqası 1/8 final cütlükləri bəlli olub.

Publika.az-ın xəbərinə görə, cütlüklər belədir:

“Şalke” – “Mançester Siti”

“Atletiko Madrid” – “Yuventus”

“Mançester Yunayted” – PSJ

“Tottenhem” – Borussiya Dortrmund

“Olimpik Lyon” – “Barselona”

“Roma” – “Porto”

“Ayaks” – “Real Madrid”

“Liverpul” – “Bavariya”

***

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Publika.az xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərindəki qərargahında təşkil olunacaq.

Tədbirdə qrup mərhələsini ilk 2 pillədə başa vurmuş komandalardan ibarət 8 cütlük müəyyən olunacaq. Qrup liderləri birinci, qrup ikinciləri isə digər səbətdə yer alacaq. Qaydalara əsasən, eyni qrupda çıxış etmiş və eyni ölkəni təmsil edən iki komanda 1/8 finalda bir-birinə rəqib ola bilməz.

Qrup qalibləri: "Borussiya" (Dortmund, Almaniya), "Barselona" (İspaniya), PSJ (Fransa), "Portu" (Portuqaliya), "Bavariya" (Almaniya), "Mançester Siti" (İngiltərə), "Real Madrid" (İspaniya), "Yuventus" (İtaliya)

Qrup ikinciləri: "Atletiko" (İspaniya), "Tottenhem" (İngiltərə), "Liverpul" (İngiltərə), "Şalke" (Almaniya), "Ayaks" (Hollandiya), "Lion" (Fransa), "Roma" (İtaliya), "Mançester Yunayted" (İngiltərə)

Qeyd edək ki, ilk oyunlar 12-13, 19-20 fevralda, cavab görüşləri 5-6 və 12-13 martda adları birinci göstərilən komandaların meydanlarında təşkil olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm