Ronaldodan inanılmaz xeyirxahlıq - FOTO
Bizi izləyin

İdman

Ronaldodan inanılmaz xeyirxahlıq - FOTO

Ronaldodan inanılmaz xeyirxahlıq - FOTO

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Braziliyada yeni saç düşümü ilə diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, o, növbəti dəfə xeyirxah addım atmaq üçün saç düzümün dəyişib.

Ulduz futbolçu ona müraciət edən xəstə uşağın istəyini müsbət qarşılayıb. Beyin əməliyyatı üçün pula ehtiyacı olan uşağın ailəsi Ronaldoya müraciət edərək ondan imzalı formalar istəyib. İspaniyalı ailə həmin formaları hərraca çıxarmaqla uşağın əməliyyatına pul toplamağı düşünüb.

Ronaldo imzalı formaları verməklə yanaşı, körpənin əməliyyatı üçün 50 min funt-sterlinq də ayırıb. Artıq həmin körpə tam sağalaraq ayağa qalxıb. Ronaldo ABŞ-la oyunda da həmin uşağın şərəfinə saçını məhz onun başındakı çapıq formasında kəsdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm