İdman
Messi 5-Cİ DƏFƏ...
“Barselona”nın və Argentina millisinin ulduz futbolçusu Lionel Messi karyerası ərzində beşinci dəfə “Qızıl Buts”un sahibi olub.
Publika.az xəbər verir ki, bu barədə klubun “Tvitter” səhifəsində yazılıb. Argentinalı hücumçu 2017-2018-ci il mövsümündə ölkə çempionatlarında ən çox qol vuran futbolçuya verilən mükafata 36 oyunda 34 dəfə fərqləndiyi üçün layiq görülüb.
Bu nominasiyada ikinci yeri İngiltərənin “Liverpul” klubunun misirli hücumçusu Məhəmməd Salah tutub. Misirli futbolçu cari mövsümdə rəqib qapılarına 32 dəfə yol tapıb. Üçüncü yerdə isə “Tottenhem”im hücumçusu Harri Keyn qərarlaşıb - 30 qol.
Xatırladaq ki, Lionel Messi 2009-2010-cu (34 qol), 2011-2012-ci (50 qol), 2012-2013-cü (46 qol) və 2016-2017-ci (37 qol) illərdə də “Qızıl Buts” mükafatına layiq görülüb.
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO