AFFA klubları CƏRİMƏLƏDİ
Bizi izləyin

İdman

AFFA klubları CƏRİMƏLƏDİ

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” - “Səbail”matçının 33-cü dəqiqəsində “Səbail” klubunun futbolçusu Tome Kitanovski aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” - “Sumqayıt”matçının 88-ci dəqiqəsində “Neftçi” klubunun futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Oyunun 1-ci hissəsi başa çatdıqdan sonra “Sumqayıt” klubunun məşqiçisi Elnur Çodarov və “Neftçi” klubunun inzibatçısı Qədir Həsənov texniki zona qaydalarını pozublar. Bu səbəbdən texniki zonadan kənarlaşdırılan şəxslər 1 oyun cəzalanır, hər iki klub 800 manat cərimə olunur.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qarabağ” - “Keşlə” matçı başa çatdıqdan sonra “Keşlə” klubunun futbolçusu Kamran Ağayev və klubun Müşahidə Şurasının sədri Zaur Axundov hakimlər otağına icazəsiz daxil olduqlarına görə klub 1600 manat cərimə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm