KDÇ-da SENSASİYA: Ərəblər finalda!
Bizi izləyin

İdman

KDÇ-da SENSASİYA: Ərəblər finalda!

Libertadores kubokunun sahibi “River Pleyt” Klublararası Dünya Çempionatının yarımfinal matçında Birləşmiş Ərəb Əmirliklərini təmsil edən “Əl Əyn” klubu ilə qarşılaşıb.

Publika.az xəbər verir ki, oyunun əsas vaxtı heç-heçə başa çatıb - 2:2. Əlavə vaxtda da qalib müəyyənləşməyib. Matç sonrası penalti zərbələrində isə “Əl Əyn” daha dəqiq olub - 4:5. Sonuncu zərbəni “River Pleyt”in futbolçusu E.Peres qola çevirə bilməyib. Bununla da “Əl Əyn” finala vəsiqə qazanıb.

Bu gün keçiriləcək “Kaşima Antlers” - “Real” yarımfinal matçının qalibi finalda “Əl Əyn” ilə qarşılaşacaq. Final matçı 22 dekabrda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm