Reynaldo rəsmən "Qarabağ"da! - Geri qayıdışının səbəblərini AÇIQLADI
Bizi izləyin

İdman

Reynaldo rəsmən "Qarabağ"da! - Geri qayıdışının səbəblərini AÇIQLADI

“Qarabağ”ın əfsanəsi Reynaldo Silva yenidən kluba qayıdıb.

Publika.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu ilə 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Qarabağ” tarixinin ən yaxşı əcnəbi bombardiri olan Reynaldo 2013-2016-cı illərdə Ağdam klubunda çıxış edib. O, keçirdiyi 89 oyunda 47 qol vurub.

Braziliyalı hücumçu klubun rəsmi saytına gəlişi ilə bağlı açıqlama verib: "Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burada keçirmişəm. Səbrsizliklə "Qarabağ" forması ilə yenidən meydana çıxmağımı gözləyirəm. Bunun üçün də yaxşı formada olmağım üçün əlimdən gələni edəcəm. Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, "Qarabağ" cameəsi mənim üçün çox doğmadır. Bura komandaya fayda verməyə və "Qarabağ"la yeni uğurlar qazanmağa gəlmişəm".

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm