Baş məşqçi komandadan getdikdən sonra hoteldə sərvət xərcləyib - - FOTOLAR
Bizi izləyin

İdman

Baş məşqçi komandadan getdikdən sonra hoteldə sərvət xərcləyib - - FOTOLAR

“Mançester Yunayted”dəki işinə son verilən baş məşqçi Xose Mourinyo klubdan aldığı kompensasiyanı sürətlə xərcləməyə başlayıb.

Publika.az xəbər verir ki, Mourinyo 3 il boyunca qaldığı hotelə 800 min avroya yaxın məbləğ ödəyib.

“Mançester Yunayted”in başında 895 gün qalan baş məşqçi şəhərdə ev kirayələmək yerinə 5 ulduzlu lüks hoteldə yaşamağı üstün tutub. Mançester şəhərinin mərkəzində yer alan hoteldə yaşayan baş məşqçi qovulduqdan sonra hoteldəki otağını da boşaldıb.

Onun qaldığ otaqda toplantı təşkil edilə biləcək boyda yemək masası, iki televizor, bir mətbəx, “Kral ölçüsü” adlandırılan 180×200 sm-lik yataq və olduqca geniş bir hamam otağı var.

Qeyd edək ki, Xose Mourinyo klubdan 27 milyon avro kompensasiya almışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm