Kubok oyununda İNSİDENT - "Neftçi" nümayəndələri...
Bizi izləyin

İdman

Kubok oyununda İNSİDENT - "Neftçi" nümayəndələri...

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sumqayıt" və "Neftçi" komandaları arasında keçirilən cavab görüşündə insident baş verib.

"Report" xəbər verir ki, hadisə Sumqayıtda "Kapital Bank Arena"dakı oyunun 43-cü dəqiqəsində qonaqlar hesabı açdıqdan sonra yaşanıb. Meydan sahiblərinin azarkeş qrupu ilə yaxınlıqda əyləşən "Neftçi"nin bir neçə futbolçusu və texniki əməkdaşları arasında mübahisə düşüb. Nəticədə qonaq komandanın nümayəndələri həmin sektoru tərk etməli olublar. Onlar "Neftçi" azarkeşlərinin yer aldığı tribunaya yerləşdiriliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm