İdman
Məşhur pilot: “Bakıda uşaq kimi ağladım”
"Mercedes" komandasının pilotu Valtteri Bottas etiraf edib ki, 2018-ci ildə Azərbaycanda keçirilən Qran-pridən sonra o qədər məyus olub ki, mehmanxanaya qayıtdıqdan sonra ağlayıb. Finlandiyalı idmançı həmin yarış zamanı önə çıxsa da, təkərin partlaması səbəbindən yarışı başa çatdıra bilməyib.
“Report” xəbər verir ki, pilotun sözlərini "Racefans" nəşri sitat gətirib.
"Bu, mənim karyeram ərzində ən böyük məyus olduğum yarışlardan biri idi. Onun ən yaxşı yarışlardan biri olduğunu düşünürdüm. Uzun müddət geridə gedirdim, lakin önə çıxa bildim. Hiss edirdim ki, hər şey nəzarət altındadır, yalnız bir az şansa ehtiyacım var idi, lakin sonra deşilmə oldu və çıxışımı dayandırdım. Çox istərdim ki, mövsümdə ilk qələbəmi qazanım, çünki bundan əvvəl bir neçə dəfə finişə liderdən bir addım geridə çatmışam. Sonra bütün komanda məni dəstəklədi.
Mehmanxanaya qayıtdıqdan sonra tamamilə əzgin idim və uşaq kimi ağladım. Ancaq, sonra özümə gəldim və dedim ki, bir uğursuzluq məni sındıra bilməz", - deyə Bottas bildirib.
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir