Suares dişlədi, norveçli pul qazandı
Bizi izləyin

İdman

Suares dişlədi, norveçli pul qazandı

Suares dişlədi, norveçli pul qazandı

İtaliya ilə Uruqvay arasında keçirilən görüşdə Luis Suares Corc Kellininin çiynindən dişləyib.

Publika.az xəbər verir ki, uruqvaylı futbolçunun bu hərəkəti norveçli futbol azarkeşinə pul qazandırıb. Məsələ burasındadır ki, norveçli azarkeş Suaresin dünya çempionatında kimisə dişləyəcəyinə pul yatırıb. Bukmeker kontorunda bu versiya 175 əmsalla dəyərləndirilib. Azarkeş 5600 norveç kronu qazanıb.

Qeyd edək ki, Suares “Liverpul”-“Çelsi” oyununda Branislav İvanoviçi dişləyərək 10 oyunluq cəzaya məruz qalmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm