"Beşiktaş" daha bir ulduzla yolları ayırır
Bizi izləyin

İdman

"Beşiktaş" daha bir ulduzla yolları ayırır

Qış fasiləsində “Beşiktaş”ı tərk edəcək daha bir futbolçunun adı məlum olub.

Publika.az xəbər verir ki, İstanbul təmsilçisi Rikardu Kuarejmanı satmağı düşünür. “Qartallar” bununla həm gəlir əldə etmək, həm də maaş yükündən azad olmaq istəyir.

35 yaşlı portuqaliyalı yarımmüdafiəçinin “Beşiktaş”la 2020-ci ilin iyununa qədər müqaviləsi var. 2015-ci ilin yayında Türkiyəyə geri dönən Kuarejma 2010-2013-cü illərdə də İstanbul klubunun formasını geyinib.

Qeyd edək ki, “Beşiktaş” qış fasiləsində portuqaliyalı müdafiəçi Pepe ilə vidalaşıb. Braziliyalı hücumçu Vaqner Lavın“Flamenqo”ya keçidi ilə bağlı da razılıq əldə olunub. Həmçinin Xorvatiya millisinin müdafiəçisi Domaqoy Vidanın da komandadan ayrılacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm