Onu lağa qoydular – Məhsullarını reklam etdilər
Bizi izləyin

İdman

Onu lağa qoydular – Məhsullarını reklam etdilər

Onu lağa qoydular – Məhsullarını reklam etdilər

Uruqvay – İtaliya qarşılaşmasında Suaresin Kellinini dişləməsi bütün dünyada böyük əks-səda doğurub.

Publika.az xəbər verir ki, qlobal korporasiyalar Suareslə əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Artıq “Twitter”də “MakDonalds” restoranlar şəbəkəsinin Uruqvay filialı belə yazıb: “Luis, əgər çox acsansa, gəl Biq-Mak ye”.

“Trident” saqqızının istehsalçısı isə idmançıları çeynəməməyi tövsiyə edib: “Trident çeynəyin, futbolçuları yox”.

Amerikanın burger istehsalçısı “Whataburger” dişləməyin həqiqi üzünü açıb: “Əgər Suares oyundan qabaq bizim burgerlərin dadına baxsaydı, o, belə ac olmazdı”.

“Whole Food Market” isə yazıb: “Bu, sənin naharın ola bilərdi. İtalyan bifşteks qanadlarla”.

“TGİ Fraydis” isə öz məhsullarını bu yumorla reklam edib: “Belə demək mümkünsə, Uruqvay qələbəyə qədər çox ac olub”.

“Cinnamon Toast Church” şirniyyatlar şəbəkəsi yazıb: “Əgər şəkər və darçından hazırlanmısansa, dişləməyə icazə verir”.

“Snikers” “tvitter”də yazıb:”Hey, Suares, gələn dəfə ac olanda, Snikers ye”.

“Listerine” gigiyena məhsullarının istehsalçısı yazıb:”İtaliyalını dişləməzdən öncə, ağzınızı yaxalamağı tövsiyə edirik”.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm